Sentyabrda dörd gün iş olmayacaq
26.7.2016

Nazirlər Kabinetinin “2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün – sentyabrın 12-si və 13-ü Qurban bayramıdır.

Sentyabrın 10-u və 11-i tarixləri şənbə və bazar günlərinə təsadüf edir.

Bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verilir.

Beləliklə, Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 gün qeyri-iş günü olacaq.

oxu.az