Gənc Tamaşaçılar Teatrının aktyoru Moskvada oxuyacaq
22.7.2016

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Vüsal Mehrəliyev Moskvada fəaliyyət göstərən Boris Şukin adına Teatr İnstitutuna daxil olub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, bir neçə mərhələdən uğurla keçən aktyorumuz təhsil müəssisəsinin “teatr rejissorluğu” fakültəsinə qəbul edilib.

Bu təhsil ocağı həvəskar teatr studiyası kimi 1914-cu ildən fəaliyyətə başlayıb.

azertag.az