Xalq Artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Londonda konsert proqramı ilə çıxış edib
15.7.2016

Azərbaycanın Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Londonun “Wiqmore” konsert salonunda geniş konsert proqramı ilə çıxış ediblər.

Tanınmış xanəndənin şəxsi “facebook” səhifəsinə istinadən verilən xəbərə görə, ​konsertdə ənənəvi olaraq, bir sıra muğamlar, təsniflər və müxtəlif bəstəkar mahnıları səsləndirilib. Konsertdə xanəndələri Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət edib.

Xatırladaq ki, səfər çərçivəsində dünya şöhrətli muğam ustası İngiltərənin SOAS Universitetində ustad dərsləri keçib.

azertag.az