İlham Əliyev fransalı həmkarını təbrik edib
14.7.2016

Prezident İlham Əliyev Fransa Respublikasının prezidenti Fransua Ollanda təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir:

“Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Fransa ilə münasibətlərə böyük əhəmiyyət verir. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik və hərtərəfli inkişafının bariz nümunəsidir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

lent.az