​“Neftçi” – “Baltsan” oyununun biletləri satışa çıxarılıb
5.7.2016

Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Neftçi” və Maltanın “Baltsan” komandaları arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb. Biletlərə 1 manat, 3 manat və VİP yerlər üçün 10 manat qiymət qoyulub.

Biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, iyulun 7-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Baltsan” oyunu saat 20:00-da başlanacaq.

report.az