“ASAN xidmət” mərkəzlərində 2 gün iş olmayacaq
5.7.2016

“ASAN xidmət” mərkəzlərində 2 gün iş olmayacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, 6 - 7 iyul Ramazan bayramı ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Vətəndaşlar 8 iyul tarixindən etibarən “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir.

report.az