Bakıda pişmaniye türk şirniyyatı festivalı keçiriləcək
5.7.2016

İyulun 14-17-də Bakıda türk şirniyyatı pişmaniyenin beynəlxalq festivalı keçiriləcək.

Türkiyə KİV-inə istinadən verilən xəbərə görə, bu festival 8-ci dəfə keçiriləcək.

Bununla əlaqədar Bakıya Türkiyədən çoxsaylı qonaqlar, o cümlədən bir sıra millət vəkilləri və bələdiyyə üzvləri gələcək.

report.az