YARAT Müasir İncəsənət Məkanı “Zamanın izləri” adlı səyyar sərgini Qax Dövlət Rəsm Qalereyasında təqdim edəcək
30.6.2016

İyulun 8-dən sentyabrın 10-dək YARAT Müasir İncəsənət Məkanı “Zamanın izləri” adlı səyyar sərgini Qax Dövlət Rəsm Qalereyasında təqdim edəcək. Sərgidə YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasından olan foto və video əsərləri göstəriləcək.

Mərkəzdən bildirilib ki, “Zamanın izləri” adlı sərgi film və fotoqrafiya üzrə çalışan yerli və regionlarda yaşayan müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir və sadə anlayışın ətrafında dolanır. Ekspozisiyaya daxil olan əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının hissəsidir.

Sərgi nəzərdən qaçırılmış və istənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır. Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” adlı əsərlər silsiləsi yarım-şəffaf zərifliyə nail olmaq istəyən pleksiqlas üzərindəki epizodları təsvir edir. Olqa Çernişovanın “Ekranlar” adlı əsərlər silsiləsi onun Rusiyadakı həyatının efemer və tanış anlarının ekranlaşdırılmasıdır. Rəssam onun həyat, assosiasiya oyunları və sosioloji araşdırmalar haqqında poetik düşüncələri ilə bu videoları üst-üstə qoyur. Fərid Rəsulov Ətalət adlı video əsərində Qurban bayramı ərəfəsində ümumi ət kəsmə təcrübəsini ekranlaşdırıb. Lakin hadisələr videoda əks dövriyyədə cərəyan edirlər və ət tikələrə kəsilmək yerinə, bütövləşir, birləşirlər. Bu video bizim qavrayışımızın ətrafında suallar yaradaraq, adi baş verənlərə yeni istiqamət verir.

Sərgi daha iri miqyaslı və kəskin mövzuları təqdim etmək məqsədilə sadə üsulların istifadəsini vurğulayır. İlkin Hüseynovun “Rəngi xatırlayaraq” foto silsiləsi, rəssamın doğma şəhəri olan Gəncə şəhərinin gündəlik reallığını əks etdirir. Rəssam fotolarında diqqətə gətirdiyi sərt yaşayış şəraiti əl ilə rənglənmişdir, bu isə öz növbəsində daha yaxşı gələcək üçün ümid qığılcımıdır. “Oğlan yaxşı, Qız belə” işi sadə ssenarilərdən istifadə edərək, Azərbaycanda doğumdan öncə cinsi selektiv abort mövzusu haqqında məlumatlanmaya istiqamətlənib. Rəssam milli mentalitet, gender normaları, eləcə də sosial təzyiq mövzularını işıqlandırmaq məqsədilə qadınlara danışmaq imkanı yaradır. Zamir Süleymanov və Emin Əzizbəylinin “Astar” adlı qısametrajlı filmi bir gəncin gündəlik çayxana, əyləncə mərkəzləri, tozlu küçələr və tərkedilmiş çimərliklərdən ibarət həyatını göstərir. Bu rutin Azərbaycan gəncləri arasında geniş yayılmış mənsubiyyətsizlik və qaçış hissini təsvir edir. Oxşar sıxışma hissi Koka Ramişvilinin “Çay, kofe və süd" videosunda ifadə olunur, burada simasız baş qəhrəmanlar çıxılmaz dövriyyələrdə ilişmiş mayeləri sonsuza qədər masaların üstünə tökürlər. Video əsərlər məcazi metafora olaraq post sovet Gürcüstanının reallıqlarını proqresin onun məqsədindən vaz keçməsi kimi görünür. Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xətlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhs edir. Yüksək moda estetikasında çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış şəraitinin uyğunsuzluğunu qeyd edir. Zamir Süleymanovun “Qərar videosu” İslamı qəbul etmiş dörd məşhur şəxsin gündəlik həyat fraqmentlərindən təşkil olunan rəssamın şəxsi mifologiyasını qurur. Video rəssamın şəxsi subyektivliyi prizmasından digərlərinin dini yanaşma və perspektivləri üzərində delikat şəkildə oynayır. Nevin Aladağın “Beş daş oyunu” rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü tədqiq edir.

azertag.az