Azərbaycan sahibkarları İranda keçiriləcək mebel sərgisinə dəvət olunurlar
30.6.2016

İyulun 11-də İran İslam Respublikasının Qum əyalətində beynəlxalq mebel sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, mebel və taxta sənayesi üzrə ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkət rəhbərləri və sahibkarlardan ibarət 5 nəfər şəxs xüsusi olaraq sözügedən sərgiyə baxış keçirməyə dəvət olunurlar. Dəvət olunan şəxslərin qalma, yemək və daxili nəqliyyat (hava limanı və sərgi mərkəzi istiqamətlərində) xərcləri sərginin təşkilatçıları tərəfindən ödəniləcək. Sərgi iyulun 15-dək davam edəcək.


azertag.az