Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü Batumidə keçiriləcək
23.6.2016

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti görüşü iyulun sonu - avqustun əvvəlində Batumidə keçiriləcək. Bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli məlumat verib.

Nazir üç ölkənin nazirliyinin iclasda imzalanacaq memorandum üzrərində çalışdığını qeyd edib:
"Türkiyə müdafiə nazirinin dəyişməsi görüşümüzü bir qədər təxirə saldı. Görüşün iyulun əvvəlində keçirilməsi planlaşdırılırdı, amma o, iyulun sonunda və ya avqustun əvvəlində Batumidə keçiriləcək. Görüşdə memorandum imzalanacaq. Biz bütün məsələlərin birgə həllinə səy göstəririk".

report.az