Azərbaycan səfiri Yaponiyanın baş nazirinin təşkil etdiyi iftar süfrəsində iştirak edib
21.6.2016

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiyanın baş naziri Sindzo Abenin Yaponiyada fəaliyyət göstərən müsəlman ölkələrinin səfirləri və diplomatları üçün təşkil etdiyi iftar süfrəsində iştirak edib.

Tokiodakı Azərbaycan səfirliyindən verilən məlumata görə, iftar süfrəsində Yaponiya hökumətinin digər yüksək çinli məmurları da iştirak ediblər.

Tədbirdə qonaqlara, həmçinin Azərbaycanın milli yeməyi olan dolma təqdim edilib.

report.az