Gənc istedadlar xüsusi təqaüdə layiq görülüb
14.6.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən musiqi sahəsində xüsusi istedadı olan 10 gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq və onlara xüsusi aylıq təqaüd veriləcək.

Xüsusi istedadı olan bu gənclər müxtəlif musiqi məktəblərində təhsil alırlar.

azertag.az