"Açıq kitab"ın rus dili versiyası fəaliyyətə başladı
13.6.2016

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin elektron mütaliə portalı "Açıq kitab"ın rus dili versiyası fəaliyyətə başlayıb.

Mərkəzdən verilən məlumata görə, kitabxananın rus dili versiyasının yaradılmasında məqsəd ölkənin rusdilli oxucu kütləsinə pulsuz mütaliə şəraiti yaratmaq, kitabxananın zəngin arxivindən istifadə imkanı verməkdir.

Qeyd edək ki, "Açıq kitab" elektron kitabxanasında dünya və milli ədəbiyyat nümunələri ilə yanaşı, Tərcümə Mərkəzinin 1989-cu ildən tərcümə və nəşr etdiyi ədəbiyyatların siyahısı, eləcə də, "Xəzər" dünya ədəbiyyatı jurnalı, "Aydın Yol" qəzeti və digər yüzlərlə bədii ədəbiyyat nümunələri, ədəbi jurnalların arxivi, lüğətlər, ensiklopediyalar və müxtəlif sahələrə dair digər ədəbiyyatlar yer alır.

trend