Cənubi Koreyada beynəlxalq turizm sərgisi işə başlayıb
10.6.2016

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən KOTFA 2016 bu gün işə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyi xəbər verir ki, sərgidə Azərbaycanı nazirliyin Turizm şöbəsinin marketinq sektorunun müdiri Emil Səfərov, “Silk Way travel” və “Geo-travel” turizm şirkətləri təmsil edir.

Beynəlxalq sərgidə turizm imkanlarını əks etdirən 27 kv.metr sahəsi olan milli stenddə Azərbaycanın mədəniyyəti, tarixi, eləcə də, ölkənin görməli yerləri haqqında koreya və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunur.

Bu gün təşkilatçılar tərəfindən B2B formatında iştirakçılar üçün ümumi görüş keçirilib. Sərgi iyunun 12-də başa çatacaq.

Cənubi Koreya turizm baxımından Azərbaycan üçün prioritet hesab edilən ölkələr sırasındadır və Azərbaycana səfər edən koreya vərəndaşları vizanı aeroportdan əldə edə bilərlər.

report.az