Səfir: "İran və Azərbaycanın dəmir yolları bu ilin sonunda birləşə bilər"
3.6.2016

"İran və Azərbaycanın dəmir yolları bu ilin sonunda birləşə bilər".

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuat konfransında deyib.

Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin tikintisi haqqında danışan səfir Azərbaycan tərəfdən dəmir yolu xəttinin tikintisi üçün lazımi işlərin getdiyini və bu işlərin sürətlə həyata keçirildiyini bildirib.

O, həmçinin yolların tikintisi üzrə işlərin 90%-nin yekunlaşdığını, İran, Azərbaycan və Rusiya dəmiryolçuları arasında müntəzəm əlaqənin saxlanıldığını vurğulayıb.

report.az