Bakı Uşaq Teatrı yeni layihənin icrasına başlayıb.
Məqsəd həftəsonu paytaxt sakinlərinin, qonaqların asudə vaxtlarının səmərəli, maraqlı təşkilidir.
Teatr yay aylarında açıq havada, şənbə və bazar günləri saat 19:00-dan 21:00-dək Səbail rayonunda yerləşən Xaqani bağında (Malakan bağı) repertuarında olan maraqlı tamaşaları və balacalar üçün müxtəlif əyləncəli oyunları, şouları paytaxt sakinlərinə təqdim edəcək.
İyunun 4-5-də tamaşaçılara Tofiq İsgəndərlinin iştirakı ilə “İlluziya şou”su, əyləncəli oyunlar, Könül Şahbazovanın quruluşunda “Humayın yuxusu” və İlhamə Əhmədovanın quruluşunda "Danışan gəlincik" tamaşaları göstəriləcək.
report.az