​Gəncədə meksikalı rəssamın sərgisi açılıb
2.6.2016

Gəncə şəhərində Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə meksikalı rəssam Marqarita Moralesin əsərlərinin sərgisi açılıb.

Səfirlikdən verilən məlumata görə, diplomatik nümayəndəlik tərəfindən mədəni tədbirlər çərçivəsində ölkənin Mingəçevir, Qəbələ, Şamaxı kimi bu və digər şəhər və rayonlarında bu cür sərgilər keçiriləcək.

Məhsəti Gəncəvi Mərkəzində keçirilən bu tədbir, səfirlik tərəfindən paytaxtın hüdudlarından kənarda qeyd olunan ilk mərasimdir.

report.az