Yunanıstanın Krit əyalətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.
Azərbaycanın Yunanıstandakı səfirliyindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Krit əyalətinin dəstəyi ilə səfirlik tərəfindən təşkil ediləcək.
1-4 iyun tarixlərində Kritin müxtəlif şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində tamaşaçılara Azərbaycan teatrlarının səhnə əsərləri, muğam, Azərbaycan xalq rəqsləri təqdim ediləcək.
report.az