Yunanıstanın Krit əyalətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
31.5.2016

Yunanıstanın Krit əyalətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

Azərbaycanın Yunanıstandakı səfirliyindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Krit əyalətinin dəstəyi ilə səfirlik tərəfindən təşkil ediləcək.

1-4 iyun tarixlərində Kritin müxtəlif şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində tamaşaçılara Azərbaycan teatrlarının səhnə əsərləri, muğam, Azərbaycan xalq rəqsləri təqdim ediləcək.

report.az