Bakıda beynəlxalq dolma festivalı keçiriləcək
27.5.2016

Bakıda beynəlxalq dolma festivalı keçiriləcək.

Bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, dolma festivalının iyul ayında keçirilməsi nəzərdə tutulub. Hazırda festivala hazırlıq görülür. Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən gəlmiş qonaqlar iştirak edəcək.

Beynəlxalq dolma festivalı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək.

report.az