“Expressbank” müştərilərə yeni “Əlavə Fürsət” əmanət məhsulunu təklif edir
23.5.2016

“Expressbank” müştərilərə yeni “Əlavə Fürsət” əmanət məhsulunu təklif edir.

Bankdan bildiriblər ki, bankın yeni “Əlavə Fürsət” əmanət məhsulu - əmanət üzrə faizləri öncədən götürmək istəyən müştərilər üçün nəzərdə tutulmuş xidmət növüdür. Belə ki, yeni əmanət növü üzrə 1 illik 12 faiz qazanc şərtləri ilə əmanət açan müştərilər illik gəlirlərini aybaay və ya müddətin sonunda deyil, əmanətin açıldığı gün götürə bilirlər. Müştərilər gəlirlərini öncədən götürməklə həmin vəsaiti hər hansı digər ehtiyaclarının ödənilməsinə yönəldə və ya bank əməkdaşlarının konsultasiyası əsasında gəlirlərini artıra biləcək digər bank məhsullarına yatıra bilərlər.

“Expressbank” “Əlavə Fürsət” əmanəti üzrə müştərilərinə pulsuz plastik kart təqdim edir, əmanət əsasında kredit götürmək imkanı da yaradır. Depozit Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.

azertag.az