Prezident İlham Əliyev XXII Azərbaycan Beynəlxalq qida sənayesi və X Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub
20.5.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi və X Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub.

Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına sərgilərlə bağlı məlumat verdi.

Prezident İlham Əliyev sərgilərdə nümayiş olunan stendlərə baxdı.

azertag.az