Azərbaycana ​İtaliyanın beynəlxalq kitab yarmarkasında cari mövsümün əsas qonağı statusu verilib
16.5.2016

İtaliyanın Pyermont vilayətinin paytaxtı sayılan Turin şəhərində mayın 12-dən 16-dək 29-cu Beynəlxalq kitab salonu - Turin kitab sərgi-yarmarkası keçirilir. Yarmarkanın işində müxtəlif ölkələrdən mindən çox naşir iştirak edir.
Azərbaycan, Albaniya və Rumıniya nümayəndələrinə cari mövsümün əsas qonaqları statusu verilib.
Arturo Toskanini adına zalda amerikalı dirijor Ceyms Konlonun rəhbərliyi altında RAİ milli simfonik orkestrının konserti ilə başlayan salonun açılış mərasimində çıxış edən İtaliyanın mədəniyyət və turizm naziri Dario Françeskini Turin salonunu "İtaliyanın iri kitab mağazası", "bu sahədə mühüm milli nümayiş" və ümumavropa kontekstində böyük layihələrdən biri kimi xarakterizə edib.

1988-ci ildən keçirilən sərgi-yarmarkaların stendləri bir vaxtlar "Fiat" avtomobil konserninin zavodu olmuş "Linqotto"nun dörd sərgi pavilyonunda quraşdırılıb.
Salon proqramı çərçivəsində onlarla mühazirə və oxucu konfransları, naşir aksiyalarının təqdimatları, kitab şəkilləri sərgiləri və bir çox digər tədbirlər keçirilir.

report.az