Səmra Rəhimli finala vəsiqə qazandı
11.5.2016

Tamaşaçı və münsiflərin səsverməsi yekunlaşıb. Azərbaycan "Avroviziya 2016" mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.

18 yarımfinalçı ölkədən yalnız 10-u finala çıxa bilib. Azərbaycanın may ayının 14-ü keçiriləcək “Avroviziya 2016” mahnı müsabiqəsinin finalında rəqibləri Rusiya, Hollandiya, Belçika, Xorvatiya, Avstriya, Çexiya, Kipr, Malta və Ermənistan olacaq.




Azərbaycanlı iştirakçı Səmra Rəhimli Avropanın ən böyük mahnı müsabiqəsi "Eurovision 2016"da ölkəmizi layiqincə təmsil edib.

İfaçının oxuduğu "Miracle" mahnısı tamaşaçılar tərəfindən xoş qarşılanıb.

Ekspertlər hesab edir ki, 14-cü sırada çıxış edən Səmra Rəhimlinin finala çıxmaq şansı böyükdür.



“Bir araya gələk” devizi altında keçirilən 61-ci “Eurovision” mahnı müsabiqəsində Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Niderland Krallığı, Azərbaycan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Ermənistan, Monteneqro, İslandiya, Bosniya və Herseqovina, Malta təmsilçiləri performanslarını təqdim edəcəklər. Azərbaycan təmsilçisi Səmra Rəhimli yarımfinalda 14-cü sırada çıxış edəcək.

Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş olunacaq. Sonra səsvermənin nəticələri elan ediləcək. Birinci yarımfinaldan dərhal sonra finala vəsiqə qazanmış 10 ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

"Eurovision 20 16 " nın ikinci yarımfinalı mayın 12 - də baş tutacaq. 2-ci yarımfinal mayın 12- si saat 23:00-da, final isə mayın 14- ü saat 23:00 - da yayımlanacaq.

anspress