Azərbaycan ictimaiyyəti ümummilli liderin xatirəsini yad edir
10.5.2016

Dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür.

Səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyətinin nümayəndələri axın-axın Fəxri xiyabana gəlir, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edir, məzarı önünə tər çiçək dəstələri qoyurlar.

Ziyarətdə ziyalılar, ictimai xadimlər, dövlət qulluqçuları, gənclər, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən gələn sadə insanlar iştirak edirlər.

report.az