Təmirlə əlaqədar Telnov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır
10.5.2016

Təmir işləri ilə əlaqədar olaraq bu gün günorta saatlarından etibarən Xətai rayonu Telnov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq olunacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçməkləri tövsiyə olunur.

“Azəravtoyol” ASC müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

azertag.az