Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion müəyyənləşib
10.5.2016

Futbol üzrə Azərbaycan Kubokunun final matçının keçiriləcəyi stadion müəyyənləşib.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mayın 25-də baş tutacaq oyunda "Qarabağ"la "Neftçi" komandaları üz-üzə gələcək.

Nominal meydan sahibinin “Qarabağ” olacağı final görüşünün başlama vaxtı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, Respublika stadionu Gənclər və İdman Nazirliyinin balansında olsa da, "Qarabağ" tərəfindən icarəyə götürülüb. Bu yaxınlarda arenanın ot örtüyündə əsaslı təmir işləri aparılıb.

report.az