Prezident və ailəsi Fəxri Xiyabanda
10.5.2016

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri Xiyabanda olublar. Onlar görkəmli dövlət xadimi, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə onun məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini anıb.

Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər.

Mərasimdə bir sıra dövlət rəsmiləri, ictimai xadimlər də iştirak ediblər. 



anspress