Heydər Əliyev Sarayında "Ulu torpağım, Azərbaycan!" konsert proqramı keçiriləcək
6.5.2016

Mayın 26-da Heydər Əliyev Sarayında Respublika Gününə həsr olunmuş "Ulu torpağım, Azərbaycan!" konsert proqramı keçiriləcək.

Konsertdə xalq artistləri Mələkxanım Əyyubova, Mübariz Tağıyev, əməkdar artistlər İlqar Muradov, Yusif Mustafayev, Sevinc Sarıyeva, Ağalar Bayramov (bədii qiraət), tanınmış müğənnilər Könül Kərimova, Samir Piriyev, Nadir Qafarzadə, Mətanət Əsədova, Ayaz Qasımov, Sevda Yəhyayeva, Yaşar Yusub, Könül Məmmədli, Yaşar Muradov, aşıqlar Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı, Fəzail Misginli, Aşıq Nazim və Aşıq Nəbi iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-40 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74

trend.az