​Azərbaycan cüdoçusu reytinq siyahısında birinci pillədə qərarlaşıb
4.5.2016

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Avropa çempionatında 73 kq çəkidə qızıl medal qazanan Rüstəm Orucov siyahının ilk pilləsində qərarlaşıb.

100 kq-da Elmar Qasımov birinci, Elxan Məmmədov isə 21-cidir. Avropa çempionatının gümüş mükafatçısı Orxan Səfərov yeni reytinqdə 4-cü olub. İlqar Müşkiyev (60 kq) 14, Nicat Şıxəlizadə (66 kq) 10-cu pillədə yer alıb.

Qadınlarda isə 48 kq-da yarışan Aişə Qurbanlı 45-ci yerdə qərarlaşıb.

report.az