Bakıda yunan, italyan və ispan musiqiçilərin iştirakı ilə etno-musiqi konsertləri keçiriləcək
3.5.2016

Bakıda yunan, italyan və ispan musiqiçilərin iştirakı ilə "Sound Waves" ( Səs dalğaları) adlı etno-musiqi konsertləri keçiriləcək.

Konsertlər Bakıda Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Məlumata görə, mayın 6-da yunan, 13-də italyan, 26-da isə ispan musiqiçilərin iştirakı ilə konsert olacaq.
Əcnəbi musiqiçilərlə birlikdə tədbirdə Azərbaycanın muğam ifaçıları - Aidə Rəfiyeva, Sahib Paşazadə, Emin Cəbrayılov, Azad Əliməmmədov da çıxış edəcəklər.

azertag.az