​"YouTube" yeni dizaynı sınaqdan keçirir
2.5.2016

"YouTube" saytın yenilənmiş dizaynını yoxlayır. Məlumata görə, bu haqda "Android Police" xəbər yayıb.
Xəbərdə bildirilir ki, yeni versiyanın dəyişdirilmiş dizaynı hazırda istifadəçilərin kiçik qrupu arasında sınaqdan keçirilir.

Qeyd olunur ki, axtarış xətti və menyu düyməsi "Google"nin başqa proqramlarında olduğu kimi aydın görünəcək. Amma videonun yükləməsi düyməsi əqrəb işarəsi ilə əvəz ediləcək.
Həmçinin "YouTube"un ümumi görünüşü də dəyişəcək.

report.az