Azərbaycanın “Eurovision” üzrə rəsmi fan-klubunun səsverməsinin nəticələri elan olunub
2.5.2016

Azərbaycanın “Eurovision” üzrə rəsmi fan-klubu (OGAE Azerbaijan) keçirdiyi səsverməsinin nəticələrini elan edib.
Fan-klub üzvləri ən yüksək xalı - 12 balı "You are the only one" mahnısını ifa edən Rusiya təmsilçisi Sergey Lazarevə verib.

Sonrakı yerlərdə sıralama belə olub: Fransa nümayəndəsi - 10, İtaliya - 8, Avstraliya - 7, Bolqarıstan - 6, Avstriya - 5, İsveç -4, Estoniya -3, Latviya -2, Serbiya - 1 bal.

Qeyd edək ki, hazırda "Eurovision" mahnı müsabiqəsinin iştirakçı ölkələrin fan-klublarının ümumi səsverməsində Fransa, Rusiya, Avstraliya, Bolqarıstan, İtaliya liderlik edir. Azərbaycan isə 31 xalla Ermənistan və Gürcüstanı qabaqlamaqla 17-ci yeri tutur.

report.az