Fransız İnstitutunda “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı təqdim ediləcək
2.5.2016

Mayın 2-də Fransız İnstitutunda “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçiriləcək.

Tədbirdə Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev, yazıçı Çingiz Abdullayev və digər tanınmış şəxslər iştirak edəcək.

Tədbirin bədii hissəsində muğam ifaları təqdim olunacaq.

azertag.az