28 APREL
28.4.2016

1923-cü il. Görkəmli oftalmoloq, akademik, nəcib insan Zərifə Əliyevanın doğum günü (1923-1985).

Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərib. Vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin həmmüəllifi, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

2008-ci il. Akademik Zərifə Əliyevanın adını daşıyan məktəbin açılışı olub. Məktəbdə IX - XI sinif şagirdləri təhsil alırlar. Bu təhsil ocağına qəbul imtahanlar yolu ilə həyata keçirilir. Fənn imtahanları ilə yanaşı, şagirdlər psixoloji testlər də verirlər.

1920-ci il. Aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti bolşevik qoşunları tərəfindən süquta uğradılıb, Azərbaycanda Sovet hökuməti qurulub.

1969-ci il. Fransa prezidenti Şarl de Qoll vəzifəsindən istefa verib. Şarl de Qoll İkinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik edib, Beşinci respublikanın əsasını qoyub. 1959-1969-cu illərdə Fransanın prezidenti olub. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1944-cü ildə Şarl de Qoll İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Əhmədiyyə Cəbrayılovun izi ilə Bakıya gəlib.

1920–ci il. Görkəmli tarzən, milli musiqimizin parlaq simalarından biri, Xalq Artisti Hacı Məmmədovun doğum günüdür (1920-1981).

azertag.az