Bakının əsas avtomobil yollarında hərəkət məhdudlaşdırılır
26.4.2016

Bu gün Bakının əsas yol və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır və bu, paytaxtın həmin hissələrində sıxlığın yaranmasına səbəb olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə edilən məlumata görə, hərəkətli yolların qismən bağlanması Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə əlaqədar həyata keçirilir.

Məlumata görə, hazırda Heydər Əliyev prospekti (kənar yol), Babək prospekti, Təbriz küçəsi, habelə Zərifə Əliyeva küçəsi (intensiv hərəkət), A.Bakıxanov küçəsi, Afiyəddin Cəlilov küçəsi və Bakı-Sumqayıt şosesində (paytaxta doğru) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılır.

report.az