Məşhur yazıçı Bakıya gələcək
25.4.2016

Məşhur qazaxıstanlı yazıçı-şair Oljas Süleymenov Bakıya gələcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, O.Süleymenov aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasında görüş keçirəcək. Görüşdə yazıçı AMEA Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru adı ilə təltif olunacaq.

Tədbirdə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev, eləcə də Azərbaycan və Qazaxıstanın alim və ədəbiyyatşünasları iştirak edəcəklər.

report.az