​Son beş ildə Azərbaycanda uşaqlara daha çox hansı dini adların verildiyi açıqlanıb - SİYAHI
21.4.2016

Son beş il ərzində Azərbaycanda doğulan körpələrə verilən adlar arasında dini adlar üstünlük təşkil edib.

Ədliyyə Nazirliyindən verilən xəbərə istinadən, son beş ildə ölkədə doğulan uşaqlara daha çox verilən dini adları təqdim edirik.

Beş ildə dünyaya gələn oğlan uşaqlarından 17 418-nə Yusif adı verilib.

Son beş ildə verilən adlar arasında Zəhra (16 676), Fatimə (12014), Hüseyn (11 992), Əli (11 783), Zeynəb (7 859), Ömər (7 620), Məhəmməd (7 495), Xədicə (6 197), Məryəm (5 649), İbrahim (4 962), Amin (2 554), Adəm (1 361), Həsən (3 558), İsmayıl (3 296), Mehdi (2 310), Aişə (1 579) kimi adlar üstünlük təşkil edib.

report.az