Son zəng nə vaxt olacaq?
20.4.2016

Bu il ümumtəhsil müəssisələrində dərs iyun ayının 14-də bitəcək.

Bunu Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, Cəsarət Valehov deyib.

O, bildirib ki, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı var. Odur ki, bu il dərslər iyun ayının 14-də başa çatacaq. Həmin vaxt məktəblərdə son zəng də çalınacaq.


publika.az