Azərbaycanın əməkdar artisti beynəlxalq teatr festivalında çıxış edəcək
20.4.2016

Azərbaycanın əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov Moskvada keçiriləcək "Rus klassikası" beynəlxalq teatr festivalında çıxış edəcək.
Bu barədə Ş.Hüseynov məlumat verib.
O bildirib ki, "Rus klassikası" beynəlxalq teatr festivalı mayın 21-dən 26-dək keçiriləcək. Ş.Hüseynov festivalda N.V.Qoqolun "Dəlinin qeydləri" mono-tamaşası ilə çıxış edəcək.
Tədbirə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, İspaniya, İsrail və Rusiyadan gəlmiş aktyorlar da qatılacaq.

report.az