Texasda Azərbaycanla bağlı təqdimat keçiriləcək
18.4.2016

ABŞ-da Texas ştatında Sul Ross Dövlət Universitetinin Rio Qrande kollecində "Azərbaycan - ziddiyyətlər ölkəsi" filminin təqdimatı olacaq.

Təqdimatı kollecin professoru Uesli Vin və Los-Ancelesdən olan ekoloji fəal və kinorejissor Nensi Pirlman keçirəcək.

Təqdimat zamanı mədəniyyət, dini tolerantlıq, ölkənin iqtisadi inkişafı barədə müzakirələr keçiriləcək.

report.az