Kubalı pianoçu Ağ Evdə konsert verəcək
18.4.2016

Kubanın tanınmış pianoçusu Çuço Valdes aprelin 30-da Ağ Evdə konsert proqramı ilə çıxış edəcək.Bu haqda TASS məlumat yayıb.

Çuço Valdes müasir caz ifaçılarının tanınmış nümayəndələrindəndir. Beynəlxalq Caz Gününə həsr olunan konsertdə ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama da iştirak edəcəklər.

Xatırladaq ki, Beynəlxalq Caz Günü 5 ildir dünya səviyyəsində qeyd olunur.

report.az