Bakıda "Formula-1" Avropa Qran-pri trası üçün yol örtüyünün salınması başa çatır
13.4.2016

Bakıda "Formula-1" Avropa Qran-pri trası üçün yol örtüyünün salınması üzrə işlər demək olar başa çatıb.

Bu barədə jurnalistlərə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, asfaltın salınması demək olar tam başa çatıb, yalnız Hökumət evinin qarşısında kiçik sahə qalıb: "Mayda tribunları və təhlükəsizlik baryerlərini quraşdırmağı planlaşdırırıq.

N.Arpadarai bildirib: "Fəxrlə qeyd etmək istəyirəm ki, 5 min könüllünün seçilməsi barədə elan versək də, 12 min nəfər ərizə vermişdi. Bu o deməkdir ki, Avropa Oyunlarının təcrübəsi özünü göstərir. Həmçinin, min marşal cəlb ediləcək, onların 700 nəfəri Azərbaycan vətəndaşı, 300-ü isə əcnəbidir".

O əlavə edib ki, biletlər yaxşı satılır və biletlərin 65 faizi xaricdəki tamaşaçılar tərəfindən əldə edilib.

trend.az