Dünyanın ən təhlükəsiz ölkələri açıqlanıb
11.4.2016

"Numbeo"nun versiyasına əsasən, "Crime Index for Country 2016" reytinqində Azərbaycanda 117 ölkə arasında 87-ci yeri tutub. Reytinqə görə Azərbaycanın təhlükəsizlik indeksi 67,61, cinayətkarlıq indeksi isə 32,39-dur.

Qeyd etmək lazımdır ki, siyahının sonlarında ən təhlükəsiz ölkələr qərarlaşıb. Belə ki, reytinqdə sonuncu - 117-ci yerdə Cənubi Koreya 85,69 (14,31), 116-cı pillədə isə Sinqapur 84,19 (15,81) qərarlaşıb.

Dünyanın ən təhlükəsiz ölkələri sıralamasında top-10-a bu ölkələr də düşüb: Yaponiya (115-ci yer), Honkonq (114), Tayvan (113), Gürcüstan (112), Qətər (111), Birləşmiş Ərəb Əmirlikləri (110), Avstriya (109), Estoniya (108).

Qeyd edək ki, siyahıda Türkiyə 71-ci, Rusiya isə 50-ci yeri tutub.

Ən təhlükəli və cinayətkarlıq indeksinin yüksək olduğu ölkələr isə Venesuela, Cənubi Sudan, Cənubi Afrika, Papua Yeni Qvineya və Hondurasdır. Bu ölkələr sıralamada ilk pillələrdə yer alıblar.

report.az