Alim Qasımov Sinqapurda beynəlxalq konsertdə çıxış edəcək
11.4.2016

Aprelin 15-dən 17-dək Sinqapurda "Esplanade" teatrında "Müqəddəs musiqi qobeleni" adlı beynəlxalq konsert keçiriləcək.

"Straits Times"a istinadən xəbər verilir ki, bu konsertdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan və Türkiyədən musiqiçilər və incəsənət nümayəndələri iştirak edəcək.

Aprelin 17-də "Esplanade" teatrında Azərbaycanın dünya şöhrətli xanəndəsi, xalq artisti Alim Qasımovun çıxışı baş tutacaq. O, qızı Fərqanə ilə birlikdə "Odlar yurdundan səslər: Azərbaycan muğamları və aşıqları" adlı konsert proqramı ilə çıxış edəcək. Qasımovlar klassik Azərbaycan xalq musiqisi - muğam ifa edəcək.


report.az