Rus Dram Teatrı "Rusiyada görüşlər" teatr festivalında çıxış edəcək
5.4.2016

Aprelin 4-dən 8-dək Sankt-Peterburqda "Rusiyada görüşlər" adlı 18-ci Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Rusiya mətbuatına istinadən xəbər verilir ki, festival çərçivəsində rusiyalı dramaturq Yevgeni Unqardın "Kosmonavtika Günü" adlı pyesi əsasında rejissor Leonid Alimovun hazırladığı tamaşanın premyerası olacaq.
Bu il Rusiyada start götürən "Rusiyada görüşlər" Beynəlxalq Teatr Festivalı ilk insanın kosmosa uçmasının 55 illiyi münasibətilə keçirililəcək.
Festivalda Estoniya Rus Teatrı, Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Rus Milli Teatrı, A.Qriboyedov adına Tbilisi Dövlət Akademik Dram Teatrı , Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı iştirak edəcək.
Azərbaycan Dövlət Rus Dram Teatrı Kalderonun "Məhəbbətlə zarafat etmirlər" tamaşasını nümayiş etdirəcək. Tamaşanın rejissoru Anna Potapovadır.
Festival çərçivəsində görkəmli teatr rejissoru, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Georqi Tovstonoqovun adına hazırlanmış memorial lövhə açılacaq.
Festivalın bağlanış mərasimi aprelin 8-də olacaq.

report.az