Azərbaycanda yeni teatr yaradıldı
17.3.2016

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində “Bakı Estrada Teatrı” yaradılıb. Idarənin müvafiq əmrinə əsasən Fariz Qəribxan oğlu Əliyev Bakı Estrada Teatrının direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əliyev – Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. O, "SOY" prodakşnın hazırladığı “Səs verməyin" şousunun, Atv kanalında yayımlanan "Belə yaxşıdır " və "Tamamla" verilişlərinin ssenaristi, "Yeni Bakılılar" klubunun prezidenti qismində Azərbaycanda keçirilən KVN yarışmalarının təşkilatçısı və baş redaktoru olub. "My name is Intiqam-1", "My name is Intiqam-2" , "Şər qarışanda" filmlərinin ideya və ssenari muəllifidir.

trend.az