Gənc violin ifaçısı Kamran Ömərli Zahar Bronun ustad dərslərində iştirak edəcək
15.3.2016

İspaniyanın Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alan istedadlı violin ifaçısı Kamran Ömərli nüfuzlu beynəlxalq müsabiqələrə hazırlaşması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dünya şöhrətli professor Zahar Bronun ustad dərslərində iştirak edəcək.

Nazirlikdən bildirilib ki, ustad dərsləri aprelin 2-dən 10-dək İsveçrənin İnterlaken şəhərində keçiriləcək.

Qeyd edək ki, gənc virtuoz K.Ömərli bir çox respublika və beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edib, o cümlədən beynəlxalq kvartetlər müsabiqəsinin (İspaniya, 2014) və “Gənc virtuozlar” XI Beynəlxalq müsabiqəsinin (Bolqarıstan, 2015) laureatıdır.

azertag.az