Bakıda Hindistan mədəniyyəti sərgisi keçiriləcək
4.3.2016

Bakıda Hindistan mədəniyyətinin özünəməxsus xüsusiyyətlərini əks etdirən sərgi keçiriləcək.

Hindistanın Bakıdakı səfirliyindən verilən məlumata görə, sərginin keçirilməsində məqsəd Bakı sakinlərini Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməklə yanaşı, Azərbaycan iş adamlarının marağını cəlb etməkdir.

Sərginin açılış mərasimində Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana iştirak edəcək. Sərgi martın 27-dək davam edəcək.

Hind mədəniyyəti ilə yaxından tanış olmaq, bütün dünyada məhşur hind rəqslərini izləmək istəyənlər sərgiyə baş çəkə bilər.

APA