8 martda Yerə asteroid yaxınlaşacaq
3.3.2016

“2013 TX68” adlı səma cismi planetimiz üçün potensial təhlükə yaradır.

Beynəlxalq Qadınlar günündə Yerə yaxın məsafədə 2013 TX68 nömrəli asteroid keçəcək.

 Bu barədə NASA məlumat yayıb.

Alimlər əvvəlcə səma cisminin planetimizdən 23 kilometr aralı keçəcəyi barədə məlumat veriblər. Müqayisə üçün bildirək ki, Yerdən Aya qədər olan məsafə 384 min kilometrdir.

Lakin son tədqiqatlar göstərir ki, asteroid Yer kürəsindən 3 milyon kilometr aralı məsafədən keçəcək.

2013 TX68 asteroidi Apollon kiçik səma cismləri kateqoriyasına aiddir. Bu səma cismləri Günəşə istiqamətlənən zaman Yerin orbiti ilə kəsişirlər. 2013 TX68 “Çelyabinsk” meteoritindən 2 dəfə böyükdür. Onun diametri 20-25 metr təşkil edir.

Tədqiqat Mərkəzinin məlumatına görə, 2013 TX68 asteroidi planetimiz üçün potensial təhlükə yaradır.

oxu.az